Aİ yük maşınları və avtobusların tullantılarını azaldır

19:45 18 Yanvar 2024

Avropa İttifaqı (Aİ) qurumları 2040-cı ildən başlayaraq yük maşınları və avtobuslar kimi ağır nəqliyyat vasitələrinin karbon emissiyalarını 90 faiz azaltmağa razılaşıblar.

Sitat.info xəbər verir ki, Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda ağır avtomobillərin tullantılarının azaldılması ilə bağlı yeni qaydalar barədə razılığın əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, yeni qaydalarla yük maşınları və avtobusların yaratdığı çirklənmə azalacaq. Avtobuslar və yük maşınları da daxil olmaqla yeni ağır nəqliyyat vasitələri üçün karbon emissiyasının azaldılması hədəfləri artırılacaq.

Kənan

​​​​​​​Sitat.info



Xəbər xətti