Almaniyada kansler Şolza dəstək azalır

19:55 18 Yanvar 2024

Almaniyada Sosial Demokrat Partiyasının sədri və baş nazir Olaf Şolzdan narazılığın artdığı iddia edilib, kanslerin federal müdafiə naziri Boris Pistoriusa ötürülməsi ehtimalının partiya çevrələrində müzakirə olunduğu irəli sürülüb.

Sitat.info xəbər verir ki, Almaniyada aparılan son sorğulara görə, Sosial Demokrat Partiyasının (SPD) sədri və baş nazir Olaf Şolza dəstək ən aşağı səviyyəyə düşüb, müdafiə naziri Pistorius isə Almaniyada ən populyar siyasətçidir.

Xəbərdə adı açıqlanmayan SDP millət vəkilinin partiyadakı vəziyyəti “Titanik gəmisi” ilə müqayisə etdiyi və aysberqin görünməsinə baxmayaraq, gəminin ona dəyməsinin qarşısını almaq üçün heç kimin heç bir tədbir görmədiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti