Nigeriyada “Boko Haram”ın 11 üzvü öldürülüb

19:58 18 Yanvar 2024

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirilən əməliyyatlarda 11 terrorçu zərərsizləşdirilib.

Sitat.info xəbər verir ki, Çad Gölü bölgəsində üsyanla mübarizə üzrə ekspert Zaqazola Makama verdiyi açıqlamada ordunun Timbuktu bölgəsində Boko Harama və Borno əyalətində Sambisa meşəsinə qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Qurum əməliyyatlar zamanı 11 terrorçunun öldürüldüyünü, 25 terrorçu düşərgəsinin məhv edildiyini qeyd edib.

Kənan

Sitat.info



Xəbər xətti