NATO-nun Baş Qərargah rəisləri Brüsseldəki qərargahında toplaşıblar. Toplantıda Türkiyəni Baş Qərargah rəisi, ordu generalı Metin Gürak təmsil edir.
Sitat.info xəbər verir ki, ilk günün iclaslarında qərargah rəisləri NATO-nun müdafiə qabiliyyətinin artırılması və müdafiə ilə bağlı planları müzakirə ediblər.
Rusiya-Ukrayna müharibəsində sahədəki son vəziyyət və NATO-nun Ukraynaya dəstəyi də dəyərləndirilib.
Türkan
Sitat.info