BMT: Qəzzada 2,2 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir

20:01 18 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin sıx hücumu altında olan Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) hazırkı ərzaq qıtlığı səbəbindən Qəzzada yaşanan böhranla bağlı açıqlama verib.

Qəzzada 2,2 milyon insanın qıtlıq təhlükəsi ilə üzləşdiyi qeyd edilən açıqlamaya görə, 378 min adam İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) şkalasında "fəlakətli" adlandırılan 5-ci səviyyəli aclıqla üz-üzədir.

Açıqlamaya görə, 939 min insan fövqəladə vəziyyət olaraq bilinən 4-cü dərəcə aclıqla üzləşib.

Nuriyyə

Sitat.info

 



Xəbər xətti