İsrail ordusunun aylardır hücumlarını davam etdirdiyi Qəzza zolağında daha bir jurnalisti öldürdüyü açıqlanıb.
Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, Əl-Qüds əl-Yəvm kanalının baş direktoru Vail Rəcəb Əbu Fununənin Qəzzada İsrailin hücumu nəticəsində həyatını itirdiyi bildirilib.
Əbu Fununənin dəqiq harada və necə öldürüldüyü ilə bağlı məlumat paylaşılmayıb.
Qeyd edək ki, 7 oktyabr tarixindən etibarən İsrailin Qəzzaya Hücumlarında 119 mətbuat mənsubu həlak olub.
Seymur Bənnayev
Sitat.info