Mebel sexindəki yanğında xəsarət alanların son vəziyyəti

14:15 19 Yanvar 2024

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə Sitat.info-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, hadisə nəticəsində 9 nəfərin meyiti dağıntılar altından çıxarılıb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.



Xəbər xətti