Qüdsdə jurnalistlərə qarşı müdaxilə

15:06 19 Yanvar 2024

Bu gün işğal altındakı Şərqi Qüdsdəki hücumların kölgəsində 15-ci cümə günüdür... Həftələrlə Məscidül-Əqsada cümə namazının qılınmasına mane olan İsrail polisi jurnalistlərə də müdaxilə edir.

Sitat.info xəbər verir ki, bu cümə günü İsrail işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidində cümə namazı qılmaq istəyən fələstinlilərə tətbiq etdiyi geniş məhdudiyyətləri davam etdirib.

İsrail polisi əllərində səccadə ilə məscidə gedən fələstinlilərə müdaxilə edib.

Həmçinin, İsrail polisi jurnalistlərin çəkiliş aparmasına da mane olmağa çalışıb.

Kənan

Sitat.info



Xəbər xətti