Qəzzada öldürülənlərin sayı 24 min 762-yə yüksəlib

15:42 19 Yanvar 2024

İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayı son 24 saatda 142 nəfər artaraq 24 min 762-yə çatıb.

Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına 105 gündür hücumları ilə bağlı məlumat verib.

İsrail qüvvələrinin Qəzza zolağında son 24 saatda daha 142 fələstinlini öldürdüyünü, 278 fələstinlini isə yaraladığını bildirən Qudra, 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayının 24 min 762, yaralı sayının isə 62 min 108-ə yüksəldiyini qeyd edib.

Kənan

Sitat.info



Xəbər xətti