Erməni qoyunları Azərbaycan sərhədini keçdi - İddia

17:00 19 Yanvar 2024

Ermənistanın Qərbi Zəngəzur vilayətinin Ərəfsə (Aravus) kənd sakininə məxsus qoyunlar Azərbaycan sərhədini keçib.

Sitat.info xəbər verir ki, bu iddianı Dığ (Tex) kəndinin Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan səsləndirib.

“Nə qədər qoyun olduğunu bilmədim, hamısı sərhədə tərəf qaçdı. Çoban onları saxlaya bilmədi”, - Zeynalyan bildirib.

Qeyd edək ki, ermənilər özləri qoyunların sərhədi keçdiyini bildirsə də, erməni mediası bunu həyasızcasına “azərbaycanlıların qoyunları oğurlaması” başlığı ilə yayıb - həm də məlumatın doğru olub-olmadığını təsdiqləyən heç bir rəsmi mənbə olmadan.



Xəbər xətti