“Location” gecə klubunda baş verən partayışda xəsarət alanlardan biri də müğənni Ruzigar Qədirov olub.
“Qafqazinfo”ya açıqlama verən ifaçı, partlayışdan yüngül xəsarətlərlə qurtulduğunu bildirib.
“Dostlarımızla şəhərdə gəzirdik. Dedilər ki, təzə yer açılıb, gedək baxaq. İçəri girəndən 30 saniyə sonra partlayış oldu. Çöl kamerasında baxanda necə görünürsə, ondan beşqat dəhştəli partlayış idi. Hadisədən sonra klinikada ilkin yardım etdilər, sonra evə getdim. Daha sonra öz həkimimə müraciət etdim, müayinə aldım və üç günə bütün yaralarım töküldü. Sadəcə yüngül qızartılar qalıb, o da zamanla keçəcək. Allah rəhm elədi” - R.Qədirov qeyd edib.