BMT: Qəzzada öldürülən təxminən 25 min insanın 70 faizi uşaq və qadınlardır

18:22 19 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən bu yana İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada həlak olan təxminən 25 min nəfərin 70 faizinin uşaq və qadın olduğunu bildirdi.

Sitat.info xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Ajith Sunghay BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib.

Sunghay deyib: "Qəzzada daha bir şok edici dönüş nöqtəsinə çatırıq. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 25 min adamın öldüyü bildirilir. Onların 70 faizi qadın və uşaqlardır".

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti