Avropa İttifaqının (Aİ) işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılıq hərəkətləri edən yəhudi işğalçılarına qarşı sanksiyalar tətbiq edəcəyi iddia edilib.
Sitat.info xəbər verir ki, Brüsseldə yerləşən "EUobserver" saytının diplomatik mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Aİ-nin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki yəhudi işğalçıları və Həmasla əlaqəsi olan şəxslərə viza qadağasını ehtiva edən sanksiya planı Aİ Şurasındakı İnsan Haqları və Yaxın Şərq mütəxəssis qruplarında müzakirə edilir.
Kənan
Sitat.info