Pakistan və İran hava zərbələri səbəbindən gərginlik artdıqdan sonra aralarındakı gərginliyi azaltmaq üçün siqnal verib.
Sitat.info xəbər verir ki,adının açıqlanmasını istəməyən Pakistan Xarici İşlər Nazirliyinin yüksək səviyyəli diplomatı AA müxbirinə deyib ki, İslamabad Tehranla gərginliyi artırmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib və iki ölkənin xarici işlər nazirləri axşam görüşü gözlənilir.
İran diplomatı Seyid Rəsul Musəvi X-də verdiyi açıqlamada iki ölkə arasındakı gərginlikdən yalnız İran və Pakistanın düşmənləri və terrorçuların faydalanacağını bildirib.
Kənan
Sitat.info