Qəzzadakı uşaqlar hazırda da aclıqla mübarizə aparır

22:10 19 Yanvar 2024

Ölümün tüğyan etdiyi, İsrailin hücumu və işğalı altında olan Qəzza zolağında, xüsusilə humanitar yardımların məhdud çıxışının olduğu şimal bölgələrində həyata tutunmağa çalışan fələstinlilər, İsrailin hava və quru hücumları ilə yanaşı, əsasən uşaqların həyatını təhdid edən aclıqla da mübarizə aparır. 

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) təşkilatları, İsrailin hücumu altında olan Qəzzada aclıq və ölümcül epidemiyaların qarşısını almaq üçün daha sürətli, daha təhlükəsiz yardım əldə etmək və daha çox təchizat marşrutlarına ehtiyac olduğunu ifadə edərək, "humanitar atəşkəs çağırışını" təkrarlayıb.

Dünya Ərzaq Proqramı (DƏP8), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondu (UNICEF) Qəzza ilə bağlı birgə yazılı açıqlama verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti