İsrail qüvvələri dünəndən bəri 60 fələstinlini həbs edib

22:18 19 Yanvar 2024

İsrail qüvvələrinin dünən gecədən bəri işğal altındakı İordan çayının qərb sahilində aralarında uşaqların da olduğu 60 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Sitat.info xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyət tərəfindən edilən ortaq yazılı açıqlamada, 7 oktyabr 2023-cü il tarixindən bu yana İsrail qüvvələri tərəfindən İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının 6 min 90-a çatdığı bildirilib.

Bildirilib ki, İsrail qüvvələri əsasən Hebron və Beytləhm şəhərlərində, həmçinin Ramallah, Nablus, Tulkərim və Şərqi Qüdsdə həbs dalğasını davam etdirir.

Kənan

Sitat.info



Xəbər xətti