Britaniyanın 2 hərbi gəmisi toqquşdu - VİDEO

10:30 20 Yanvar 2024

Böyük Britaniyanın iki minaaxtaran gəmisi krallığın Bəhreyndəki dəniz bazasındakı limanda toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə “UK Defence Journal” onlayn nəşri məlumat yayıb.

“Bəhreyndə iki minaaxtaran gəminin iştirakı ilə baş vermiş qəzadan xəbərdarıq. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Qəza ilə bağlı təhqiqat başa çatmamış əlavə şərh vermək doğru olmaz”, – Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib.



Xəbər xətti