Nazirlər və dövlət rəsmiləri Şəhidlər xiyabanında - FOTO

10:45 20 Yanvar 2024

Dövlət rəsmiləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Sitat.info xəbər verir ki, ziyarətə gələnlər arasında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, müdafiə naziri general-polkovnik Zakir Həsənov da var.

Onlar məzarlar üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.




Xəbər xətti