Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub. Fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir. İlk tədbirlər Bakı, Gəncə, Şəki, Quba və Naxçıvanda olub.
Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib:
O bildirib ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər, treninqlər keçirilir:
"Yaxın günlərdə də fəaliyyət davam edəcək".