Bu gün AB Azərbaycan və Ermənistanı müzakirə edəcək

11:30 22 Yanvar 2024

AB ölkələrinin xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasını da müzakirə edəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” yüksək səviyyəli Avropa mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, iclasda həmçinin nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, AB-nin Qırmızı dənizdəki missiyası və 13-cü antirusiya sanksiyalar paketini müzakirə edəcəklər.



Xəbər xətti