Baydenə səs verməyəcəm

12:15 22 Yanvar 2024

Məşhur milyarder İlon Mask qarşıdan gələn prezident seçkisində ABŞ-ın hazırkı Prezidenti Co Baydenə səs verməyi planlaşdırmadığını bildirib.

Sitat.info xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

Mask qeyd edib ki, Ağ Evin hazırkı sahibini dəstəkləmək istəmir:

“Bu dəfə Baydenə səs verəcəyimi təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, jurnalistlərlə söhbəti zamanı Mask 2020-ci il seçkisində Baydenə səs verdiyini etiraf etmişdi.

 



Xəbər xətti