İranda sənaye şəhərciyində güclü partlayış oldu

13:30 22 Yanvar 2024

İranın Simnan əyalətinin Gərmsar şəhərinin sənaye şəhərciyində güclü partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bölgəyə çoxlu sayda xilasetmə dəstələrinin göndərildiyi bildirilib.

Partlayışın səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu, son bir həftə ərzində Simnanın əhəmiyyətli sənaye mərkəzlərində baş verən dördüncü partlayışdır. Bundan əvvəlki partlayışlarda 4 nəfər həyatını itirib.



Xəbər xətti