56 sahibkarlıq subyektinə rezidentlik statusu verildi

13:45 22 Yanvar 2024

Üç il ərzində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyin (İZİA) idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Sitat.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.

Nazir qeyd edib ki, bu gün İZİA-nın yaradılmasından 3 il ötür:

“Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 %-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”.



Xəbər xətti