Fələstin Qızıl Aypara: İsrail Xan Yunisdəki sığınacaq mərkəzlərini hədəf aldı

13:33 22 Yanvar 2024

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində sığınacaq mərkəzlərinə endirdiyi hava zərbəsi nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti məsələ ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada İsrail qüvvələrinin sığınacaq mərkəzlərini bombalaması nəticəsində ölən və yaralananların olduğu, Xan Yunisdəki qərargahlarının mühasirəyə alınması səbəbindən təcili yardım maşınlarının yaralıları çıxarmaq üçün hərəkət edə bilmədiyi qeyd edilib.

Kənan

Sitat.info



Xəbər xətti