ABŞ-ın bir çox bölgəsində son bir həftə ərzində yaşanan sərt hava şəraitinin yaratdığı hadisələrdə ölkə daxilində 80-dən çox insan həyatını itirib.
Sitat.info xəbər verir ki, CBS News-un məlumatına görə, milyonlarla amerikalı əlverişsiz qış şəraitindən təsirlənib.
Buz fırtınası səbəbiylə elan edilən fövqəladə vəziyyət qərb sahilindəki Oreqon ştatında davam edərkən, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında da elektrik enerjisi kəsilib.
Son bir həftədə ölkə daxilində sərt hava şəraitinin yaratdığı qəzalarda 80-dən çox adam həyatını itirib. Əlverişsiz hava şəraitinin həftənin əvvəlində də davam edəcəyi açıqlanıb.
Kənan
Sitat.info