İraqda İrana qarşı nümayiş keçirildi

16:10 22 Yanvar 2024

İraqın şimalında yerləşən Duhok şəhərində İrana qarşı geniş etiraz aksiyası keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, etirazçılar SEPAH-ın Ərbil şəhərinə raket və PUA hücumlarını pisləyib, bunu İraqın suverənliyinə qəsd adlandırıblar.

Qeyd edək ki, yanvarın 16-da İranın Ərbil şəhərinə raket hücumu nəticəsində 5 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb.



Xəbər xətti