Rusiyada daha bir böyük bazar yandı

16:13 22 Yanvar 2024

Rusiyanın Samara vilayətinin Kirov rayonundakı bazarda yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

1000 kv.m ərazini əhatə edən yanğının söndürülməsinə 68 yanğınsöndürən və 22 texnika cəlb olunub. Daha sonra yanğınsöndürən-xilasedicilərin sayı 80-ə çatdırılıb.

Hətta hadisə yerinə yanğınsöndürən qatar da gətirilib.



Xəbər xətti