İsrailin Livana hücumu nəticəsində daha bir mülki şəxs həlak olub

17:02 22 Yanvar 2024

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində bir mülki vətəndaş həlak olub.

Sitat.info xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələrinin Kəfra qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində yaralanan Semira Cəmil Muhamməd aparıldığı xəstəxanada dünyasını dəyişib.

İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgələrinə oktyabrın 8-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən livanlı mülki vətəndaşların sayı 30-a yüksəlib.

Kənan

Sitat.info



Xəbər xətti