Qəzzada Səhiyyə Nazirliyi, İsrail ordusunun həyata keçirdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 190 nəfər artaraq 25 min 295 nəfərə, yaralı sayının isə 63 minə yüksəldiyini bildirib.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi yazılı açıqlamada İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda daha 190 fələstinlinin həlak olduğu, 340 nəfərin isə yaralandığı bildirilib.
Açıqlamada, hücumların törətdiyi dağıntılar səbəbindən hələ də çox sayda insanın dağıntılar altında qaldığı vurğulanıb, mülki müdafiə və təcili tibbi yardım qruplarının bu insanlara çatmaqda çətinlik çəkdiyi qeyd edilib.
Seymur Bənnayev
Sitat.info