Aİ: İsrailin həll yolu nədir, fələstinliləri Qəzzadan çıxarmaq yoxsa hamısını öldürmək?

17:10 22 Yanvar 2024

Avropa Birliyinin (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Netanyahunun iki dövlətli həllin əleyhinə olduğu açıqlamasına cavab olaraq deyib: "Çözüm nədir? Fələstinliləri Qəzzadan çıxarmaq yoxsa hamısını öldürmək. Hazırda25 min insana edildiyi kimi?". 

Sitat.info xəbər verir ki, Borrell, AB xarici işlər nazirlərinin Yaxın Şərqdə iki dövlətli həlli müzakirə edəcəkləri iclasın girişində mətbuata verdiyi açıqlamada, "iki dövlətli həll"də israrın lazım olduğunu və bunun başqa alternativinin olmadığını vurğulayıb.

Qəzzada günü-gündən daha da pisləşən humanitar vəziyyətə işarə edən Borrell deyib: "Qəzzada humanitar vəziyyət bundan pis ola bilməz. Vəziyyətin nə qədər pis olduğunu izah edəcək söz yoxdur. Yüz minlərlə insanın sığınacağı, yeməyi, dərmanı yoxdur və bombaların altındadır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti