Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə sulu qar və qar yağır. Hazırkı hava şəraiti sabah gün ərzində də davam edəcək.
Bu barədə Sitat.info-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Yanvarın 24-ü axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Artıq yanvarın 25-dən bölgələrdə və paytaxtda hava şəraitinin nisbətən sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir”, - o deyib.