Qarabağ münaqişəsini daha 30 il daşıya bilmərik - Mkrtçyan

17:10 23 Yanvar 2024

Paşinyanın elan etdiyi Konstitusiya dəyişikliklərinə gəlincə, əgər Qarabağdan danışırıqsaq, Ermənistanın reallıqla üz-üzə olduğunu yazmağa borcluyuq.

Sitat.info xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.

“Söhbət Qarabağ münaqişəsinin yenidən Ermənistana ötürülməsindən gedirsə və əgər Konstitusiyada mübahisəli məsələlər varsa, onda Ermənistan vətəndaşı daha bir neçə onilliklər ərzində bu münaqişə problemini öz çiynində çəkməyə hazır deyil. Çox aydın bir səbəbə görə. Burada subyektiv və obyektiv səbəblər var. Səbəblərdən biri odur ki, otuz il ərzində uğursuz siyasət aparılıb. Kimsə Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin düzgün olduğunu iddia edə bilərsə, onda biz bugünkü vəziyyətə niyə gəldik? Və ümumiyyətlə, Qarabağ ermənilərinin Qarabağla bağlı mövqeyi varmı? Hər şeyi Ermənistanın və onun vətəndaşlarının üstünə atdılar”, - o bildirib.

//Axar.az



Xəbər xətti