Almaniya üçün Alternativ Partiyası hakimiyyətə gələrsə, Berlin AB-dən çıxa bilər.
Sitat.info xəbər verir ki, bu barədə ifrat sağçı partiyanın həmsədri Elis Veydel deyib.
Veydel bildirib ki, o, Breksitə bənzər AB-yə üzvlüklə bağlı referendum keçirməyə çalışacaq:
“Demokratik kəsiri aradan qaldırmaq üçün AB-də islahatlar aparmağa çalışacam, lakin bu uğursuz olarsa, Böyük Britaniyada olduğu kimi, alman xalqına üzvlüklə bağlı qərar vermək imkanı veriləcək”.