Xamenei yenidən müsəlman liderləri tənqid etdi

18:50 23 Yanvar 2024

İranın dini rəhbəri Əli Xamənei yenidən islam ölkələrinin hökumətlərini tənqid edib, onları İsrail ilə bütün siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb.

Sitat.info xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

O, islam ölkələrinin rəsmilərinin İsrail ilə bağlı mövqe və fəaliyyətinin qeyri-məqbul olduğunu deyib.

“İslam ölkələri rəsmiləri sionist rejimin həyati damarlarını kəsməli, bu rejimlə siyasi və iqtisadi əlaqələrini dayandırmalı və bu rejimə kömək etməməlidirlər”, - Xamenei ittihamlarını təkrarlayıb.



Xəbər xətti