Fransadan Amazona 32 milyon avro cərimə

18:25 23 Yanvar 2024

Fransada Amazonun işçilərinə "həddindən artıq müdaxiləsi"nə görə, şirkət 32 milyon avro cərimələnib.

Sitat.info xəbər verir ki, Fransa İnformasiya və Azadlıqlar üzrə Milli Komissiyasının (CNIL) verdiyi açıqlamada, Amazonda iş fasilələrini diqqətlə ölçən və işçilərin potensial olaraq hər bir fasiləyə görə hesabat vermək məcburiyyətində qalmasına səbəb olan sistemin tətbiqinin qeyri-qanuni olduğu bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti