Lloyd Austin həmçinin Ukraynanın müdafiəsini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərinin daha əsaslı təminatına çağırıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin müttəfiqlərini Ukraynaya kritik hərbi yardımdan imtina etməməyə çağırıb.
Ostin bunu Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-18) virtual formatda keçirilən iclasında deyib.
ABŞ müdafiə naziri vurğulayıb ki, bugünkü görüş azad, təhlükəsiz və suveren Ukraynaya dəstəyi bir daha təsdiqləmək və Ukraynanın qışda və ondan sonrakı dövrlərdə ehtiyac duyduğu imkanları əldə etməsini təmin etmək üçün keçirilir.
"Ukrayna tək deyil. Bütün dünyada Ukraynanın dostları Putinin təcavüzünə müqavimət göstərmək üçün Ukraynanın cəsur qoşunlarına dəstəyi artırıblar", - Ostin bildirib.
Amerika Müdafiə Nazirinin əminliyini bildirib ki, Birləşmiş Ştatlar Ukraynanı və onun azadlıq mübarizəsini dəstəkləməyə sadiqdir.
Məğrur,
Sitat.info