Həftə sonu Suriyada hücumda həlak olan İran İnqilab Keşikçiləri Korpusunun 5 üzvü üçün Tehranda dəfn mərasimi keçirilib.
Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrailin baş naziri Netanyahunu hədəfə alıb. O, Netanyahuya düşdüyü bataqlıqdan çıxmağı və bölgədəki qüvvələrə hücum etmək istəyini başqa vaxta buraxmağı tövsiyə edib.
"Qəsbkar sionist rejimin, xüsusən də onun qatil baş nazirinin indiyə qədər düşdüyü bataqlıqdan çıxması və bölgədəki digər güc mərkəzlərinə hücum etmək üçün puç istəklərini təxirə salması daha yaxşı olardı” - Kənani Netanyahu ilə bağlı deyib. O bildirib ki, İsrailin İrana hücumu cavabsız qalmayacaq.
"Qəsbkar sionist rejimin İran hökuməti və millətinə qarşı törətdiyi cinayətlər heç vaxt cəzasız qalmayıb və cəzasız da qalmayacaq. İran İslam Respublikası İsrail rejiminin cinayətlərinə özünəməxsus şəkildə cavab verəcək.
Qeyd edək ki, Suriyada öldürülən İnqilab Keşikçiləri Korpusunun dəfn mərasimi üçün paytaxt Tehranda keçirilən mərasimə yüzlərlə insan toplaşıb.
İran İnqilabı Keşikçiləri Korpusu ötən şənbə günü Dəməşqdə baş verən hücumda İslam İnqilabı Keşikçiləri Korpusunun 5 üzvünün öldürüldüyünü açıqlayıb.
Məğrur,
Sitat.info