Almaniya Qəzza ilə bağlı çağırış edib

21:34 23 Yanvar 2024

Almaniyanın xarici işlər naziri Annalena Berbok humanitar yardımın Fələstin xalqına çatması üçün Qəzzada təcili humanitar fasilə verilməsini istəyib.

Sitat.info xəbər verir ki, Xarici işlər naziri Berbok, Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Nazirləri toplantısından əvvəl verdiyi açıqlamada deyib: "Qəzzada vəziyyəti yüngülləşdirmək, xüsusilə uşaqların inanılmaz əzablarını yüngülləşdirmək üçün Qəzzada təcili humanitar fasilələr verilməsinə ehtiyacvar.  Eyni zamanda hələ də HƏMAS-ın əlində olan girovları azad etmək lazımdır".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti