ABŞ-da itkin düşən 23 xizəkçi tapılıb

21:37 23 Yanvar 2024

ABŞ-ın üçdə ikisini əhatə edən arktik soyuqda itkin düşən 23 xizəkçi, o cümlədən 6 uşaq sağ-salamat tapılıb.

Sitat.info xəbər verir ki, ABŞ-ın şərq və mərkəzi ştatlarını təsir edən qütb soyuqluğu davam edərkən, yanvarın 20-də Vermont ştatında xizək sürmək üçün dağlıq bölgəyə gedən və sonradan xəbər alına bilməyən 6-sı uşaq olmaqla 23 nəfər xizəkçi sağ-salamat tapılıb.

Türkan

Sitat.info



Xəbər xətti