Çinin cənub-qərbindəki Yunnan əyalətində bir kənddə baş verən torpaq sürüşməsi nəticəsində 9 nəfər həyatını itirib.
Sitat.info xəbər verir ki, CCTV dövlət televiziyasının xəbərinə görə, səhər saatlarında Caotong şəhərinin Jinxiong rayonunun Liangshui kəndində torpaq sürüşməsi baş verib.
Kənddə 18 ev sürüşmədə torpaq altında qalıb. İlkin məlumata görə, burada yaşayan 9 nəfər ölüb, 38 nəfərdən isə xəbər yoxdur.
Kənan
Sitat.info