Almaniya 6 günlük dəmiryol tətilinə hazırlaşır

22:13 23 Yanvar 2024

Almaniya Almaniya Maşınistlər İttifaqının (GDL) sabahdan başlayacaq və yanvarın 29-na kimi davam edəcək böyük tətilinə hazırlaşır.

Sitat.info xəbər verir ki, Alman Dəmir Yolları (DB-Deutsche Bahn) ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.

İşin dayandırılması bu gün yük qatarlarında yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə yanvarın 24-də saat 02.00-da başlayacaq. Yanvarın 29-u saat 18:00-da tətilin dayandırılması planlaşdırılır.

Kənan Yusif

Sitat.info



Xəbər xətti