Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif Pakistanın baş naziri ola bilər.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi yazır.
“Media ölkənin baş naziri postuna Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərifin keçə biləcəyini yazır”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 174 deputatın səsini almağa nail olan müxalifət İmran Xana etimadsızlığı təsdiqlədib.