Daxili İşlər Nazirliyinin əməkdaşları respublikanın avtomobil yollarında hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Sürücülərdən xahiş edirik, sürət həddini hava şəraitinə uyğun tənzimləsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir", - qurumdan bildirilib.