ABŞ husi hədəflərini məhv etdi

11:15 24 Yanvar 2024

ABŞ ordusu Yəməndə husilərin mövqelərinə növbəti zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı qüvvələri husilərin buraxılışa hazır iki gəmi əleyhinə raketini məhv edib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ABŞ ordusu husilərin nəzarətində olan ərazidə müvafiq raketləri aşkar edib və kommersiya və ABŞ gəmiləri üçün təhlükə yaratdığını üçün, onları özünümüdafiə məqsədilə məhv edib.

 



Xəbər xətti