“Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Hazırda Bakıya və Abşeron yarımadasına qar yağır. Axşama doğru yağıntının tədricən kəsiləcəyi gözlənilir”.
Sitat.infoxəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, hazırda bölgələrdə də yağıntılar davam edir: “Havanın temperaturu 1 dərəcəyədək istidir. Axşam saatlarında 0 dərəcəyədək enəcək. Yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bölgələrdə də yağıntılar davam edir. Axşama doğru tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur”.
G. Məmmədova əlavə edib ki, yanvarın 25-də həm paytaxtda, həm də bölgələrdə hava şəraiti gün ərzində sabit, əsasən yağmursuz keçəcək.