65 ukraynalı məhbusun olduğu Rusiya təyyarəsi qəzaya uğradı

14:45 24 Yanvar 2024

Rusiya Müdafiə Nazirliyi mübadilə üçün götürülən 65 ukraynalı hərbçini və 3-ü  nəzarətçi və 6-sı ekipaj üzvü olmaqla 74 nəfəri daşıyan "İl-76" tipli təyyarənin qəzaya uğradığını bildirib.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, planlı uçuş həyata keçirən "İl-76" tipli təyyarənin Rusiyanın Belqorod vilayətində qəzaya uğrayıb. Açıqlamada, qəzaya uğrayan təyyarədə əsir mübadiləsi üçün Belqorod vilayətinə aparılan 65 Ukrayna əsgərlə yanaşı, 3 nəfəri nəzarətçi, 6 nəfəri ekipaj üzvü olmaqla 74 nəfərin olduğu qeyd edilib və bir komandanın olduğu paylaşılıb.

Qəzanın səbəblərini araşdırmaq üçün hadisə yerinə Rusiya Aerokosmik Qüvvələri göndərilib.

Həmçinin qeyd edilib ki, axtarış-xilasetmə qrupları da hadisə yerinə yönəldilib. 

Məğrur,

Sitat.info



Xəbər xətti