İranın İsveçdəki səfirliyinə hücum edildi

15:00 24 Yanvar 2024

Yanvarın 23-də 5 nəfər qanunsuz şəkildə İranın İsveçin paytaxtı Stokholm şəhərindəki səfirliyinə daxil olmağa çalışıb.

Sitat.info xəbər verir ki, bu barədə İsveç polisinin bəyanatında bildirilib.

Hücumçuların kimliyi barədə məlumat verilməyib. Onların səfirlik binasından uzaqlaşdırıldığı qeyd edilib.

Bunun İranda İsveç vətəndaşlarının həbsi və siyasi məhbus Məhəmməd Qubadlının edamına etiraz edildiyi ehtimal olunur.



Xəbər xətti