Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dünən Kiyev, Xarkov və Pavlohrad vilayətlərinə raket hücumu nəticəsində ölənlərin sayının 18-ə, yaralıların sayının isə 130-a yüksəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski Rusiyanın dünən səhər təxminən 40 raket atdığını və Ukrayna hava hücumundan müdafiə sisteminin bu raketlərin əksəriyyətinin qarşısını aldığını, lakin yenə də Kiyev, Xarkov və Pavlohrad bölgələrinin vurulduğunu bildirib. Zelenski ölənlərin sayının 18-ə çatdığını, arasında uşaqların da olduğunu, yaralıların sayının isə 130-a yüksəldiyini vurğulayıb. Ukrayna Fövqəladə Hallar Xidməti, Xarkovda dağıntılar altında axtarış və xilasetmə işlərinə davam etdiklərini bildirib.
Bombardman nəticəsində yaşayış binaları, mağazalar və bir təhsil müəssisəsinə ziyan dəydyini deyib.
Zelenski dünən axşam saatlarında verdiyi açıqlamada deyib: “Yaralıların sayı hələ də arta bilər. Xarkovda xilasetmə əməliyyatı hələ davam edir və dağıntılar təmizlənir. Bu, mülki insanların yaşadığı adi çoxmərtəbəli bina idi. Biz Ukraynanın hava hücumundan müdafiəsi ilə bağlı tərəfdaşlarımızla əməkdaşlığımızı təkmilləşdirməyə çalışırıq. “Bu il əsas prioritet şəhər və qəsəbələrimizi qorumaq üçün hava hücumundan müdafiəni gücləndirmək, eləcə də strateji vəziyyətə və bütövlükdə müharibə səylərinə təsir edəcək ön xətt mövqelərini müdafiə etmək olacaq”.
Ayna,
Sitat.info