Rusiya Müdafiə Nazirliyi 65 ukraynalı məhbusun da olduğu İl-76 tipli təyyarənin Belqorod vilayətində qəzaya uğradığını açıqlayıb. Təyyarədə olan 74 nəfərin hamısının öldüyü açıqlanıb.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinə əsaslanan Rusiya agentliyinin RİA xəbərinə görə, mübadilə üçün götürülən 65 ukraynalı hərbçidən əlavə, 3-ü nəzarətçi və 6-sı ekipaj üzvü olmaqla 74 nəfər olub.
Hadisənin səbəbi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov araşdırma aparmaq üçün hadisə yerinə gedəcəyini açıqlayıb. Qladkov bildirib ki, təcili yardım qrupları işləyir.
Seymur Bənnayev
Sitat.info