İranda din xadimi güllələndi

18:20 24 Yanvar 2024

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində “Əbdülqadir Zaruzehi” kimi tanınan sünni din xadimi Məhəmmədbəxş Rəsulzadə güllələnərək öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Hadisənin səbəbi və təfərrüatı barədə açıqlama verilməyib. Din xadiminin hakimiyyətə bağlı radikal şiə qruplaşmaları tərəfindən öldürüldüyü ehtimal edilir.



Xəbər xətti